Gürcüstana qanunsuz yolla qızıl keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Manshet Cəmiyyət

Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən Gürcüstana qeyri-qanuni yollarla qızıl-zinət əşyaları keçirməyə cəhd göstərən Azərbaycan vətəndaşı saxlanılıb.

Nsa.ge xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlir Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun əməkdaşları Azərbaycan vətəndaşının üzərinə baxış  keçirərkən 58.04 qram çəkidə 7 min 856.52 lari dəyərində bəyan edilməmiş qızıl-zinət əşyaları aşkarlayıblar.

Saxlanılan şəxs Gürcüstan Vergi Məcəlləsinin 289-cu maddəsinə əsasən 7 865.52  lari cərimələnib.