Gürcüstanda ərzaq məhsulları bahalaşıb – Statistika

Cəmiyyət İqtisadiyyat Manshet

Ötən ay Gürcüstanda inflyasiya 0,5% təşkil edib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik inflyasiya isə 4,7%-ə bərabər olub.

May ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,2%, tərəvəzlərin qiyməti 8,1%, meyvə və üzümün qiyməti 7,1%, qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 2%, ətin qiyməti 1,8%, balığın qiyməti isə 1,2% bahalaşıb. Süd, pendir və yumurtanın qiyməti isə 5,7% ucuzlaşıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 7,9%, alkoqollu içkilər və tütünün qiyməti 21,1%, nəqliyyatxərcləri 3,2%, səhiyyə xərcləri isə 3% artıb.

NSA.GE