Gürcüstanda 2019-cu ilin ilk səkkiz ayında 3 764 yol qəzası baş verib

Manshet Cəmiyyət

2019-cu ilin yanvar-avqust aylarında Gürcüstanda 3 764 yol qəzası baş verib, nəticədə 314 nəfər həlak olub və 5 212 nəfər xəsarət alıb.

Nsa.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayır.

Belə ki, cari ilin səkkiz ayının göstəriciləri ilə, öncəki ilin eyni dövrü ilə müqayisədə, Gürsüstanda və paytaxta yol qəzaları və xəsarət alanların sayı azalıb, lakin həlak olanların sayı artıb.

Paytaxtda 2019-ci il yanvar-avqustunda 1820 yol qəzası baş verib. Nəticədə 64 insan həlak olub və 2182 insan xəsarət alıb.