Gürcüstanda 6000 müəllim işdən çıxır

Manshet Cəmiyyət

Gürcüstanda 6000 müəllim birdəfəlik pul mükafatı müqabilində təqaüdə çıxmaq üçün müraciət edib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini İrina Abuladze məlumat verib.

O bildirib ki, nazirlik bununla bağlı məsələni tezliklə hökumətin iclasında gündəmə gətirəcək.

Nazir müavininin sözlərinə görə, mükafatların verilməsinin ilkin mərhələsi avqust-sentyabr aylarında olacaq. İkinci mərhələ isə cari ilin sonu və ya gələn ilin əvvəlinə planlaşdırılır.

Qeyd edək ki, Gürcüstan hökumətinin yeni islahat paketinə əsasən təqaüd yaşına çatan müəllimlər öz istəkləri əsasında son 2 ilin maaşı həcmində birdəfəlik pul mükafatı alaraq təqaüdə çıxa biləcək. Hazırda Gürcüstan məktəblərində 64 329 müəllim fəaliyyət göstərir, onlardan 16 406-ı təqaüd yaşına çatmış müəllimlərdir.