Gürcüstanda 63 yeni məktəb tikiləcək

Cəmiyyət Manshet

“2020-2021-ci illərdə Gürcüstanda 63 yeni məktəbin inşası başa çatdırılacaq”.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd Maya Tskitişvili parlamentdə çıxışında bildirib.

Onun sözlərinə görə, məktəb və uşaq bağçalarının tikinti-bərpası prosesi davam etdiriləcək: “Yeni inşa olunacaq 63 məktəb 8 400 şagird üçün nəzərdə tutulub. 87 məktəbdə isə bu il əsaslı təmir işlərinə başlanılıb”.

M.Tskitişvili qeyd edib ki, gələn ildən bələdiyyələr kiçik məktəblərin inşasını həyata keçirə biləcək.