Gürcüstanda 7 yüksək vəzifəli məmur həbs olunub

Cəmiyyət Manshet

Gürcüstanın Acarıstan Muxtar Respublikasında xüsusi əməliyyat keçirən prokurorluq əməkdaşları 7 yüksək vəzifəli dövlət rəsmisini saxlayıb.

Nsa.ge xəbər verir ki, bu barədə Baş Prokurorluğun bəyanatında deyilir.

Saxlanılanlar arasında Batuminin keçmiş meri Gorgi Emrakov, vitse-mer Tengiz Petridze, muxtar respublikanın Təhsil naziri səlahiyyətlərini icra edən Baqrat Manvelidze, təhsil və maliyyə nazirlərinin müavini Arçil Vanadzenin olduğu qeyd olunub.

Saxlanılanlar dövlət əmlakını talamaqda və vəzifə səlahiyyətlərindən su-istifadədə ittiham olunur.

Faktla bağlı cinayət işi başladılıb.