Gürcüstanda ağır yol qəzası baş verib – Ər-arvad həyatını itirib

Cəmiyyət Manshet

Gürcüstanın Kobuleti rayonunda baş verən avtomobil qəzasında bir qadın və əri ölüb, bir nəfər bədən xəsarətləri alıb.

Nsa.ge xəbər verir ki, Acarıstan Səhiyyə naziri Zaal Mikeladze yaralı şəxsin vəziyyətinin stabil olduğunu bildirib. Qəzaya düşənlərin tətil üçün Gürcüstana gələn Ermənistan vətəndaşları olduğu bildirilib.

Faktla bağlı cinayət işi başlanıb.