Gürcüstanda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 2 yaşlı uşaq da daxil olmaqla, 8 nəfər yaralanıb

Cəmiyyət Manshet

Gori-Erqneti avtomobil yolunun Kişnisi hissəsində avtomobil qəzası baş verib, bir nəfər ölüb, 8 nəfər yaralanıb.

Nsa.ge İPN-ə istinadən xəbər verir ki, Tiflis istiqamətində tərsi istiqamətdə hərəkət edən Minivani avtomobili, “BMW” markalı avtomobillə toqquşub.
Minivanin sürücüsü hadisə yerindəcə dünyasını dəişib. Aralarında 2 yaşlı uşaqında olduğu 5 nəfər “Gormedi” klinikasına yerləşdiriliblər. Bmw markalı avtomobildə olan şəxslər isə bədənin müxtəlif yerlərindən xəsarət alıblar.

Faktla bağlı istintaq başlanılıb. İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır.