Gürcüstanda ağır yol qəzası baş verib, baba və nəvəsi qəzada həyatlarını itiriblər

Manshet Cəmiyyət

Gürcüstanın Acara bölgəsinin dağlıq rayonlarından olan Xulo rayonunda ağır yol qəzası baş verib.

Nsa.ge xəbər verir ki, bu barədə yerli “Batumelebi” nəşri xəbər yayıb.

Qəza nəticəsində Baba və yeddinci sinif şagirdi nəvəsi ilə birlikdə həyatlarını itiriblər. Hadisə Qorjomi kəndinə baş verib.

Baba və nəvənin “Uaz” markalı avtomobilə dağ gəzintisinə çıxdıqları bildirilir.

Hadisə yerinə gələn təcili yardım heyətını itirmiş yaşlı kişinin və bir yeniyetmənin cəsədini tapıb. Qəza nəticəsində daha bir nəfər xəsarət alıb, həmin şəxs Xulo xəstəxanasına aparılıb.

Hadisə yerində araşdırma aparılır. Daxili İşlər Nazirliyi Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaqa başlayıb.