Gürcüstanda ağır yol qəzası baş verib – bir nəfər ölüb, iki nəfər yaralanıb + VİDEO

Manshet Cəmiyyət

Tbilisidə Kür çayının sol sahilində yol qəzası baş verib, yol qəzasında 1 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Bu barədə NSA.GE Ambebi.ge-yə istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, Honda və Toyota markalı avtomobilin bir-biri ilə toqquşduğunu deyirlər.

Daxili işlər nazirliyindən ambebi.ge-yə verilən məlumata görə, Toyota markalı avtomobil ağaca çırpılıb, sərnişini ölüb, sürücü isə xəsarət alıb. Xəsarət alan təcili yardımla klinikaya aparılıb.

Yol qəzasında ikinci avtomobil yoldan çıxaraq səkiyə çırpılıb. Bir sərnişin yaralanıb.

Toqquşmada başqa bir avtomobilin zərər gördüyü bildirilir.

Faktla bağlı istintaq başlanılıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı maddəsinə əsasən başladılıb.

Опубликовано Gocha Mirtskhulava Понедельник, 28 октября 2019 г.