Gürcüstanda ağır yol qəzası baş verib – Bir nəfər ölüb, üç nəfər yaralanıb

Cəmiyyət Manshet

Gürcüstanın Kaxeti bölgəsində baş verən qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Nsa.ge xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı xəbər yayıb.

Qəza, bu gün günortadan sonra Kvareli rayonunun Şilda kəndi yaxınlığında baş verib. Yolda “Ford” markalı mikroavtobus və “Mitsubishi” cip toqquşub. Məlumata görə, ikinci avtomobildə turistlər olub.

Mikroavtobusda səyahət edən bir qadının toqquşma nəticəsində öldüyü məlum olub. Mikroavtobusu idarə edən həyat yoldaşı isə yaralanıb. Cipin sərnişinlərinə gəlincə, turistlərin yaralandıqları bildirilir.

Zərərçəkmişlərdən ikisi Tiflis xəstəxanasına çatdırılıb, digəri isə Telavi xəstəxanasına qaldırılıb.

Hadisə ilə əlaqədar Gürcüstanın Daxili İşlər Nazirliyi istintaqa başlayıb.