Gürcüstanda ağır yol qəzası baş verib – içində 12 nəfərin olduğu yük maşını dərəyə aşıb

Cəmiyyət Manshet

Gürcüstanın Tuşeti rayonunun Kvemo-Alvano kəndində kuzovunda kəndliləri daşıyan “KamAZ” markalı yük maşını dərəyə aşıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəetmə Xidmətindən məlumat verilib.

Bildirilib ki, Tuşeti yolunun 23-cü kilometrliyində yük avtomobilinin dərəyə aşması ilə bağlı qurumun qaynar xidmətinə məlumat daxil olub. Bundan sonra əraziyə xilasedicilər cəlb edilib.

İkin məlumata əsasən qəza zamanı “KamAZ” markalı yük maşınının kuzovunda 12 nəfər olub. Onlardan 7-si itkin düşdüyü bildirilib.

Qəza zamanı həlak olanlarla bağlı məlumat verilməyib.