Gürcüstanda ağır yol qəzası baş verib – İki nəfər avtomobilin içində yanaraq can verdi – VİDEO

Cəmiyyət Manshet

Qərbi Gürcüstanın Tiflis-Senaki-Leselidze mərkəzi magistral yolunda baş verən qəzada iki nəfər ölüb, daha bir nəfər yaralanıb.

Nsa.ge xəbər verir ki, bu barədə məlumatı Rustavi 2 telekanalı yayıb.

Qəza, bu gün Senaki bələdiyyəsinin Nosiri kəndi yaxınlığında (Samegrelo-Zemo Svaneti bölgəsi) meydana gəlib. İki avtomobil bir biri ilə toqquşub. Zərbədən sonra onlardan biri çevrilib və alov alıb. Daha sonra yanğın sürətlə ikinci maşına keçib.

Bədbəxt hadisə zamanı birinci avtomobildən çıxmaqı bacara bilməyən sərnişin və sürücüsü avtomobilin içində yanaraq can verib. İkinci avtomobilin sürücüsü sərnişin bölməsindən çıxmağı bacarsa da, yüngül xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları, Təcili Yardım Xidmətinin əməkdaşları və polis cəlb olunub.

Hadisə ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi “yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması və ya iki və ya daha çox insanın ölümü ilə nəticələnən nəqliyyat vasitələrinin istismarı” maddəsi ilə istintaqa başlayıb.

საშინელი ავარია სენაკში, ს. ნოსირი. ცენტრალური ავტომაგისტრალი.

Опубликовано Gogita Odisharia Воскресенье, 18 августа 2019 г.