Gürcüstanda ağır yol qəzası baş verib, körpə uşağı və anasını avtomobil vurub

Manshet Cəmiyyət

Tbilisidə qəza nəticəsində körpə uşağı ilə birlikdə ananı avtomobil vurub.

Nsa.ge xəbər verir ki, bu haqda Gürcüstan İctimai Televiziyası Daxili İşlər Nazirliyinə istinadən xəbər yayıb.

Qəza, Dünən saat 14.00 radələrində Diğomi bölgəsində meydana gəlib. Piyadaları vuran avtomobilin sürücüsünün qəzadan sonra hadisə yerini tərk etmədiyi məlum olub.

Xəsarət alanlar İaşvili adına Tbilisi Uşaq Mərkəzi Xəstəxanasına köçürülüb. Həkimlərin dediyinə görə, uşağın vəziyyəti kritikdir. O, reanimasiya şöbəsinə yerləşdirilib.

“Yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması və ya nəqliyyat vasitələrinin istismarı” maddəsi ilə cinayət işi açılıb, maddə 6 aydan iki ilə qədər ev dustaqlığı və ya üç ilə qədər həbs cəzası nəzərdə tutur.