Gürcüstanda ağır yol qəzası baş verib – ölən və yaralananlar var

Cəmiyyət Manshet

Acarıstanın dağlıq rayonlarından olan Xulo rayonunda yol qəzası baş verib.

Nsa.ge Acara tv-yə istinadən xəbər verir ki, qəza zamanı bir nəfər həlak olub, üç nəfər yaralanıb.

Qəza zamanı mikroavtobusda 12 nəfər olub. Ölən adam vəyaralanan üç nəfər sərnişin idi. Yaralılar xəstəxanaya köçürülüb. Qəzaya səbəb hələ ki, bəlli deyil.

Hadisə yerində polis və təciki tibbi yardım cəlb olunub.

Faktla bağlı İstintaq Gürcüstanın cinayət məcəlləsinin 276-cı maddəsin7n altıncı hissəsi ilə başlayıb. Maddə bir şəxsin ölümünə səbəb olan nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.