Gürcüstanda ağır yol qəzası baş verib – ölən və yaralananlar var

Cəmiyyət Manshet

Qəza, 13 iyul Kobuleti şəhəri yaxınlığında baş verib. Nəticədə 3 Minivan markalı avtomobil toqquşub.

Nsa.ge xəbər verir ki, bu barədə Adjara televiziyası xəbər yayıb.

Hadisə zamanı bir nəfər həlak olub, 13 nəfər insan xəsarət alıb.

Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar “bir şəxsin ölümünə səbəb olan yol hərəkəti təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması” maddəsi ilə istintaq başladıb.