Gürcüstanda ağır yol qəzası olub, 2 Azərbaycan vətəndaşı ölüb, 3 nəfər yaralanıb – FOTO – YENİLƏNİB

Manshet Cəmiyyət

Gürcüstanda baş verən ağır yol qəzasında ölən Azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.

Nsa.ge xəbər verir ki, qəza zamanı “Mersedes”in sürücüsü Azərbaycan vətəndaşı, 1975-ci il təvəlllüdlü Aydın Xəlilov və sərnişini 1960-cı il təvəllüdlü Yusif Dibirov aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Yusif Dibirovun gəlini və iki azyaşlı nəvəsi isə xəsarət alıblar. Xəsarət alan ana və iki azyaşlı övladı əvvəl Saqarecoda yerləşən “Geo-hospital” xəstəxanasına yerləşdirilsələr də, vəziyyətlərinin ağırlığından səbəbi ilə Tbilisidə yerləşən Bokeria adına xəstəxanaya çatdırılıblar.  Azyaşlılardan birinin vəziyyəti daha ağır qiymətləndirilir.

Aydın Xəlilovu və Yusif Dibirovun meyitlərinin sabah Azərbaycana göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı istintaq başlanılıb. İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə aparılır. Maddə yol hərəkəti və istismar qaydalarının pozulmasını nəzərdə tutur.

**12:38

Gürcüstanda baş verən ağır yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.

Nsa.ge xəbər verir ki, hadisə bu gün səhər saatlarında Gürcüstanın Kaxeti bölgəsində baş verib.

Sürücününün idarə etdyi “Mercedes” markalı minik avtomobili qəzaya düşüb.

Qəza zamanı sürücü daxil olmaqla, 3 Azərbaycan vətəndaşı hadisə yerində ölüb, biri azyaşlı olmaqla, 2 nəfər yaralanıb.

Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Azərbaycana göndərilməsi istiqamətində iş aparılır.