Gürcüstanda ağır yol qəzası baş verib, üç nəfər həyatını itirib

Manshet Cəmiyyət

Gürcüstanda Tbilisi-Senaki-Leselidze magistralında “Mersedes-Benz” markalı mikroavtobus  qəzaya uğrayıb.

Nsa.ge xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfərə ağır yaralanıb.

Ölənlərin Ermənistan vətəndaşları olduğu bildirilib. Onlardan biri orta yaşlı qadın, ikisi isə azyaşlı uşaqdır.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyində cinayət işi açılıb.