Gürcüstanda aramsız yağan yağışlar dağıntılara səbəb olub

Cəmiyyət Manshet

Gürcüstanda aramsız yağan yağışlar dağıntılara səbəb olub.

Nsa.ge İpn-ə istinadən xəbər verir ki, hadisə nəticəsində Lentexi rayonu ərazisindən axan Çolşura çayı daşıb və Dviri, Trabbi və İşer kəndlərində dağıntılar yaradıb.

Letnex rayon bələdiyyəsinin sədri Badri Liparteliani bildirib ki, hadisə nəticəsində kəndlərə aparan yollar tam sıradan çıxıb. Yolların bərpası üçün ən azı 2 gün vaxt lazım olduğu bildirilib.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.