Gürcüstanda Azərbaycan və İran vətəndaşları heroinlə tutulub

Cəmiyyət Manshet

Kvemo Kartli bölgəsində polisin keçirdiyi əməliyyat zamanı 2 kq heroin tapılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis bir Azərbaycan və iki İran vətəndaşı olmaqla, üç nəfəri saxlayıb.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsləri 8 ildən 20 ilədək həbs cəzası gözləyir.