Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıb – VİDEO

Manshet Cəmiyyət

Gürcüstanda narkotik vasitə ticarətində şübhəli sayılan Azərbaycan vətəndaşı saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rustavi şəhərində polis əməkdaşları  28 yaşlı Q.X.-nin idarə etdiyi avtomobili saxlayıb. Q. X. avtomobili tərk edərək qaçmağa cəhd göstərsə də, saxlanılıb. Q. X.-nin müvəqqəti yaşadığı mənzildə aparılan axtarış zamanı 119 bağlamada 709 ədəd MDMA həbi, 86 ədəd Suboksin həbi, 3 ədəd B8 həbi 28 qram psixoaktiv maddə, 12 qram BİO narkotik vasitəsi aşkarlanıb.

Narkotik vasitə ticarətində ittiham edilən Azərbaycan vətəndaşını 8 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.