Gürcüstanda azərbaycanlı tələbə suda boğulub

Cəmiyyət Manshet

Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.

Nsa.ge-nin məlumatına görə, Gürcüstanda ali təhsil alan, Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şahin Sudabəy oğlu Əliyev ötən gün Gürcüstan ərazisində çimərkən suda boğularaq ölüb.

Tələbənin meyiti ötən gün axşam doğulduğu kəndə gətirilib. Onun bu gün dəfn ediləcəyi bildirilir.