Gürcüstanda azərbaycanlılar arasında işsizlik artıb

Cəmiyyət Manshet

Ötən il Gürcüstanda işsizlik səviyyəsi 12,7% təşkil edib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.

Sənədə əsasən, işsizliyin səviyyəsi illik müqayisədə 1,2% azalıb. 2018-ci ildə ölkədəki işsizlik göstəricisi son 15 ildə ən aşağı səviyyəyə enib.

Şəhər yerlərində işsizlik 1,2% artıb, kənd yerlərində isə 3,4% azalıb.

Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində isə işsizlik səviyyəsi 1,2% artıb.

Gürcüstanda işsizlik səviyyəsi kişilər arasında daha yüksəkdir. Belə ki, ötən il kişilər arasında bu göstərici qadınlar arasındakı eyni göstəricidən 2,7% çox olub.

2018-ci ildə ən yüksək işsizlik göstəricisi 30,8% olmaqla 20-24 yaş qrupuna daxil olan şəxslər arasında qeydə alınıb. 

NSA.GE
Mənbə: Report