Gürcüstanda biznesmeni oğurlayan dəstə üzvlərinə hökm oxunub

Manshet Cəmiyyət

Gürcüstanda biznesmen Amiran Dekanosidzeni oğurlayan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Nsa.ge-nin xəbərinə görə, Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən cinayətkar dəstənin iki üzvü 15 il, digər iki üzvü isə 14 və 13 il müddətinə azadlıqdan məhrum edilib. 

Məhkəmədə dəstə üzvlərinin A. Dekanosidzeni girov götürdükdən sonra onun qayınatasından 3 milyon lari tələb etdikləri, pul verilmədiyi təqdirdə isə öldürməklə hədələdikləri təsdiq olunub. 

Qeyd edək ki, hadisə 18 oktyabr 2018-ci ildə törədilib.