Gürcüstanda bu ərzaq məhsulları bahalaşıb

Manshet Cəmiyyət

2019-cu ilin sentyabr ayına olan göstəriciyə görə, Gürcüstanda illik inflyasiya 6,4 faiz təşkil edib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında məlumat verilib.

Bildirilib ki,  təkcə sentyabr ayı ərzində Gürcüstanda qida və alkoqolsuz içkilərin qiyməti 11,7 faiz bahalaşıb. Qiymət artımı balıq məhsullarında 16,1 faiz, süd məhsulları və yumurtada 14,6 faiz, ətdə 12,6 faiz, tərəvəz  məhsullarında 10,1 faiz, çörəkdə 10,8 faiz qeydə alınıb. 

Hesabata görə, sentyabr ayı ərzində Gürcüstanda elektrik enerjisi, qaz və yanacağın qiymətində artım 1,3 faiz təşkil edib və illik inflyasiyada payı 0,12 faizə bərabər olub.