Gürcüstanda bu il neçə dənə sürücülük vəsiqəsi verildiyi açıqlanıb

Cəmiyyət Manshet

Gürcüstanda bu il yanvar-iyul aylarında 23 415 sürücülük vəsiqəsi verilib.

Nsa.ge xəbər verir ki, məlumat Daxili İşlər Nazirliyinin vebshifəsində yerləşdirilib.

İdarənin məlumatına görə, hər ayı 3 minə qədər sürücülük vəsiqəsi verilir. Lakin statistika göstərir ki, iyulda göstərici əhəmiyyətli dərəcədə artıb. Yanvarda 2876 , fevralda– 2653, martda– 3420, apreldə– 3386, mayda– 2992, iyunda– 3077, iyulda– 5011 sürücülük vəsiqəsi verilib.

DİN-in məlumatına görə, 2018-ci ildə 49 121 sürücülük vəsiqəsi verilib.