Gürcüstanda bu sahələlərdə qiymətlər artıb-Siyahı

Manshet Cəmiyyət İqtisadiyyat

2019-cu ilin aprelində ötən ayla müqayisədə spirtsiz içkilərin , tərəvəzlərin, meyvələrin, ət məhsullarının, geyimlərin, ayaqqabıların, mehmanxanaların və kafe- restoranların qiymətləri artıb.

Nsa.ge bildirir ki, bu barədə Milli Statistika mərkəzi açıqlama yayıb.

Məlumata görə, cari ilin aprel ayında ötən ayla müqayisədə Gürcüstanda inflasiya səviyyəsi 0.2 %, illik inflasiya səviyyəsi isə 4.1% təşkil edib.

“Qida və spirtsiz içkilər” qrupda qiymətlərin 0.7 % qalxıb ki , bu da 0.21 %- li punktla bütün indeksin artmasına təsir edib.

Qiymətlər növbəti məhsullar qrupunda da artıb: tərəvəzlər (5.6%), meyvə və üzümdə (5.0%), ət və ət məhsulları (1.0%).

Südün, pendirin və yumurtanın isə qiymətləri aşağı düşüb ( -3.8%). Geyimlərdə və ayaqqabılarda isə qiymətlər 1.4% bahalaşıb.

Mehmanxanalarda , kafelər və restoranlarda qiymətlərində isə 0.7% artım müşahidə edilir.

NSA.GE