Gürcüstanda cinayət halları 20%-ə yaxın artıb

Cəmiyyət Manshet

Bu ilin yanvar-may aylarında Gürcüstanda 28 290 cinayət faktı qeydə alınıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Cinayət hallarının yalnız 8 383-nün və ya 29,63%-nin üstü açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət əməllərinin sayı 4 578 hal, yaxud 19,31% artıb.

Hesabat dövründə qeydə alınan cinayət hallarının böyük əksəriyyəti əmlaka (11 730), sağlamlığa zərər vurma (5 021), insanlara (1 219), insan haqları və azadlıqlarına qarşı (1 395) törədilmiş qeyri-qanuni əməllərlə bağlı olub.

Mənbə: Report