Gürcüstanda cinayət halları artıb – Statistika

Cəmiyyət Manshet

Bu ilin birinci yarısında Gürcüstanda 33 399 cinayət halı qeydə alınıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

İllik müqayisədə cinayət faktları 5 160 və ya 18,27% artıb.

Yanvar-iyun aylarında cinayət hallarının yalnız 10 375-nin, yaxud 31,06%-nin üstü açılıb.

Hesabat dövründə qeydə alınan cinayət əməllərinin böyük əksəriyyəti əmlaka (13 682), sağlamlığa zərər vurma (6 116), narkotiklərlə bağlı (2 738), insan haqları və azadlıqlarına qarşı (1 676) törədilib.

Mənbə: report