Gürcüstanda cinayət halları artıb – Statistika

Cəmiyyət Manshet

Ötən ay Gürcüstanda 5 697 cinayət halı qeydə alınıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsində bildirilib.

Həmin cinayət hallarının yalnız 1 273-nün (22,35%) üstü açılıb.

May ayında törədilən cinayət əməllərinin böyük əksəriyyəti əmlaka (2 053) və sağlamlığa zərər vurma (1 037) ilə bağlıdır.

Aylıq müqayisədə ölkədə cinayət faktlarının sayı 118 hal və ya 2,11% artıb.