Gürcüstanda cinayətkarlıq artıb – Statistika

Manshet Cəmiyyət

2019-cu ilin yanvar-avqust ayları ərzində Gürcüstanda qeydə alınmış cinayət hallarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.61% artıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, bu müddət ərzində ölkədə ümumilikdə 44 216 cinayət törədilib ki, onlardan cəmi 14 264-nün üstü açılıb.  

2019-cu ilin yanvar-avqust aylarında Gürcüstanda kibercinayətkarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,51% artıb.

Qeyd olunub ki, bu ilin ilk 8 ayında Gürcüstanda ümumilikdə 1223 kibercinayətkarlıq faktı qeydə alınıb. DİN-in apardığı araşdırmalar zamanı bu cinayətlərin cəmi 65-nin üstü açılıb.