Gürcüstanda dərmanların qiyməti bahalaşıb

Cəmiyyət Manshet

Ötən ay Gürcüstanda dərman preparatlarının qiymətində bahalaşma qeydə alınıb.

Nsa.ge Report-a istinadən xəbər verir ki, illik müqayisədə təzyiqə qarşı dərmanların qiyməti 4,5%, ağrıkəsici dərmanların qiyməti isə 1,7% artıb.

Antibiotiklər 9,5%, vitaminlər 6,4%, həzm sistemi üçün dərmanlar 5,6%, soyuqdəymə əleyhinə medikamentlər isə 4,8% bahalaşıb.

Bundan başqa xəstəxanalardakı xidmətlərin qiyməti də 1,8% artıb.

Yerli ekspertlər qiymət artımını Gürcüstanın dərman idxalından yüksək asıllığı ilə əlaqələndirirlər.