Gürcüstanda dağda köməksiz qalan əcnəbilər xilas edilib

Cəmiyyət

Gürcüstanda torpaq sürüşməsi səbəbi ilə 7 Norveç və 2 Gürcüstan vətəndaşı dağda köməksiz vəziyyətdə qalıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetmə Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, qurumun qaynar xidmətinə dağlıq ərazi olan Onksom  rayonunun Glola kəndindən təcili yardım çağırışı edilib.

Əraziyə gələn xilasedicilər bir neçə saat çəkən xilasetmə əməliyyatından sonra turistlərin ərazidən çıxarılmasına nail olub. Xilas edilənlərin səhhətində problem olmadığı bildirilib.