Gürcüstanda daha bir ağır yol qəzası baş verib – İki nəfər həyatını itirib

Manshet Cəmiyyət

Axalçixə və Adigeni rayonunu birləşdirən yolda ağır yol qəzası baş verib.

NSA.GE imedi televiziyasına istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər həlak olub.

Belə ki, minik avtomobili yük maşınına çırpılıb, nəticədə 3 sərnişin xəsarət alıb, onlardan ikisi yerindəcə ölüb.

Hadisə yerinə təcili yardım qrupu və patrul polisi səfərbər olunub. Qəzanın digər təfərrüatları barədə hələ məlumat verilməyib.