Gürcüstanda daha bir ağır yol qəzası- Uşaq həyatını itirdi

Cəmiyyət Manshet

Gürcüstanın Çiatura bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Nsa.ge Ipn.ge-yə istinadən məlumat verir ki, yük avtomobili  aşaraq 2 azyaşlı uşağı vurub. Sürücü isə əsəbdən hadisə yerində  dünyasını dəyişib.

Qeyd edilir ki, uşaqlardan biri hadisə yerində həyatını itirib, digəri isə hazırda xəstəxanadadır.  Onun vəziyyətinin ağır olduğu bildirilir.

Avtomobilin sürücüsünə gəldikdə is  hadisədən bir neçə saat sonra  83 yaşlı sürücünün vəziyyəti pisləşib. Həkimlər onu xilas edə bilməyib. Sürücünün əsəbdən və həyəcandan dünyasını dəyişdiyi güman edilir.

Hadisə ilə əlaqəli Cinayət Məcəlləsinin 276-cı maddəsinin 5- ci hissəsi ilə istintaq aparılır.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir