Gürcüstanda erməni kilsəsindən oğurluq olub

Cəmiyyət Manshet

Samtxe-Cavaxeti rayonunun Axaltsixe şəhərində yerləşən erməni apostol kilsəsindən oğurluq olub.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kilsəyə daxil olan oğru 200 lari götürərək hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanılıb.