Gürcüstanda genişmiqyaslı çöl yanğını baş verib

Cəmiyyət Manshet

Gürcüstanın Kaxeti rayonunun Qurjani bələdiyyəsinə tabe Kaçreti kəndində baş vermiş genişmiqyaslı çöl yanğını lokallaşdırılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan  Fövqəladə Hallar Xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanğının söndürülməsi işlərinə  cəlb edilən canlı qüvvə sayı 50-yə, yanğınsöndürən maşın sayı isə 10-a çatdırılıb.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.