Gürcüstanda güclü yağış 3 kəndi su altında qoyub

Cəmiyyət Manshet

Gürcüstanın Qori şəhərində yağan güclü yağış şəhərə tabe olan Kelktseuli, Kvemo Xviti və Zemo Nikozi kəndlərini su altında qoyub. 

Nsa.ge xəbər verir ki, hadisə nəticəsində evlərin birinci mərtəbəsinə və zirzəmisinə su dolub. 50 ailəyə külli miqdarda maddi ziyan dəydiyi bildirilir.

Evlərdən suyun təmizlənməsi məqsədi ilə Gürcüstanın Fövqəladə Hallar İdarəsinin 10 işçi qrupu əraziyə cəlb edilib.