Gürcüstanda hava şəraiti açıqlandı

Cəmiyyət Manshet

Yaxın günlərdə Gürcüstanda havanın teperaturu 34 dərəcəyədək yüksələcək.

Nsa.ge xəbər verir ki, bu barədə Milli Ətfaf Mühit Agentliyinin saytında məlumat verilib.

Qərb Gürcüstanda çərşənbə axşamı yağışsız hava gözlənilir. Şərqi Gürcüstanın bəzi bölgələrində gecə və axşam leysan yağış gözlənilir, dolu ehtimalı olduğuda bildirilir. Ölkənin qərbində havanın temperaturu 23-28 dərəcə, şərqində isə 22-27 dərəcə isti olacaq.

Çərşənbə və Cümə axşamı, Qərbi və Şərqi Gürcüstanın əksər bölgələrində yağışsız hava gözlənilir. Ölkənin qərb hissəsində havanın temperaturu 29-34 dərəcə, şərqdə isə 27-32 dərəcə isti olacağı gözlənilir.

NSA.GE