Gürcüstanda helikopter qəzaya uğrayıb, üç nəfər ölüb

Cəmiyyət Manshet

Gürcüstanda Kazbeqi qəsəbəsi yaxınlığındakı dağlarda helikopterin qəzaya uğraması nəticəsində iki turist və pilot ölüb.

Nsa.ge “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Kazbeqi meri Aleksandr Zaqaşvili məlumat verib.

Onun sözlərinə görə, helikopter xarici turistlərə xidmət edən “Aviator plyus” şirkətinə məxsus olub. Helikopter 2013-ci ildə ABŞ-da istehsal edilib.

Hələlik helikopterin qəzaya uğramasının səbəbləri məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir