Gürcüstanda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Cəmiyyət Manshet

Gürcüstanın Marneuli rayonunun Mədəniyyət Evində Azərbaycanın ümumilli lideri Heydər Əliyevin nadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Nsa.ge bildirir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneuli rayonunun icra başçısı səlahiyyətlərini icra edən Zaur Tabatadze, Azərbaycandan olan nümayəndə heyəti və Marneuli sakinləri iştirak ediblər.

Z.Tabatadze bildirib ki,  Heydər Əliyev Gürcüstanla münasibətlərə xüsusi diqqət ayırıb.  Belə ki, onun siyasəti sayəsində Azərbaycan-Gürcüstan münasibətləri strateji müttəffiqlik səviyyəsinə yüksəlib.

Daha sonra çıxış edən D.Həsənov ulu öndərin Azərbaycanın müstəqillik qazanması, bölgədə qlobal əhəmiyyətli layihələrin reallaşmasındakı müstəsna xidmətlərindən danışıb. O bildirib ki, ümumilli liderin siyasi kursu bu gün də uğurla davam etdirilir.

Diplomat Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud dostluq və qardaşlıq münasibətlərinə də toxunaraq Gürcüstanda yaşayan azərbaycanlıların bu münasibətlərdə körpü rolunu oynadığını qeyd edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və digərləri də çıxış edərək H.Əliyevin daxili və xarici siyasəti, Gürcüstanla əməkdaşlığa verdiyi önəm, onun təşəbbüsü ilə regionda həyata keçirilmiş iqtisadi layihələrin əhəmiyyətindən danışıblar.

H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər Qardabani rayonunda da keçiriləcək. 

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =