Gürcüstanda itkin düşən belaruslu turistlərdən ikisinin meyiti tapılıb

Cəmiyyət Manshet

Gürcüstanın Svaneti rayonunda itkin düşən turistlərdən ikisi ölü, biri isə yaralı tapılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Bildirilib ki, qurumun xilasediciləri itkin düşən turistləri Tetnuldi zirvəsində tapıb. Yaralı şəxsin vəziyyətinin ağır oldu bildirilib. 
Turistlərin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, itən qadın turistlərdən ikisi 60, üçüncü isə 36 yaşındadır. Onlar alpinist qrupunun tərkibində olublar və zirvəyə qalxdıqdan sonra düşərgəyə qayıdıblar. Qadınlar düşərgəyə gedən yolda itkin düşüblər.