Gürcüstanda kibercinayətkarlıq artıb

Manshet Cəmiyyət

2019-cu ilin yanvar-iyul ayları ərzidə Gürcüstanda kibercinayətkralıq 130.06% artıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin analitik hesabatında məlumat verilib.

Bildirilib ki, bu ilin ilk 7 ayı ərzində ölkədə 1079 bu cür fakt qeydə alınıb ki, bu da ötən ilin göstəricisindən 610 ədəd çoxdur. Hesabat dövrü ərzində hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı istintaq tədbirləri nəticəsində kibercinayətkarlıq faktlarının cəmi 5.19%-nin və ya 56 faktın üstü açılıb. 

Ötən ilin analoji dövründə isə Gürcüstanda 469 kibercinayətkarlıq faktı qeydə alınıb ki, aparılan istintaq işləri zamanı onlardan 48-nin və ya 10.23%-nin üstü açılıb.