Gürcüstanda kütləvi qətl ittihamı ilə tutulan 85 yaşlı kişinin səhvən həbs edildiyi məlum olub

Cəmiyyət Manshet

Gürcüstanda 5 nəfəri öldürməklə ittiham edilərək həbs edilən 85 yaşlı kişinin günahsız olduğu bildirilir.

Nsa.ge xəbər verir ki, təqsirləndirilən şəxsin vəkili Giller Endeladze məlumat verib.

Bildirib ki, cinayətdə istifadə edilmiş silahda Omar Qamkerelidzenin DNT-sinə rast gəlinməyib.

O, O.Qamkrelidzenin yanlışlıqla həbs edildiyini deyib.

Qeyd edək ki, hadisə mayın 3-də Gürcüstanın şərqində yerləşən Kandaura kəndində  85 yaşlı Omar Gamkerelidze oğlunu, gəlinini, həyat yoldaşını və iki qonşusunu öldürməsi ittihamı ilə həbs edilib.

Polis cinayətlə bağlı O.Gamkerelidzenin nəvəsi Nodar Gamkrelidzeni axtarır.