Gürcüstanda mədənçilər aclıq aksiyasına başlayıb

Cəmiyyət Manshet

Gürcüstanın Çiatura şəhərində 15 mədənçi şəhər icra hakimiyyəti binasının qarşısında aclıq aksiyasına başlayıb.

Nsa.ge İpn-ə istinadən xəbər verir ki, onlar iş şəraitlərinin dərhal yaxşılaşdırılmasını və əməkhaqlarının artırılmasını tələb edirlər.

Qeyd edək ki, mədənçilərin ötən gün tətil elan edən mədənçilərin “Georgian Manganese” şirkəti ilə bugünkü danışıqları nəticəsiz qalıb. Şirkət işçilərin tələblərini yerinə yetirməkdən imtina edib.

NSA.GE