Gürcüstanda mədənçilər tətil elan ediblər

Cəmiyyət Manshet

Gürcüstanın Çiatura şəhərində mədənçilər tətil elan ediblər.

Nsa.ge Report-a istinadən xəbər verir ki, onlar əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Etirazçılar “Gürcüstan manqanı” şirkətinin nümayəndələri ilə görüşsələr də, razılıq əldə olunmayıb.

Mədənçilər tətili davam etdirmək qərarına gəliblər. 

NSA.GE