Gürcüstanda məktəb binası yanıb

Manshet Cəmiyyət

Gürcüstanda məktəb binası yanıb.

Na.ge Gürcüstan Fövqəladə Hallar İdarəsinə istinadən xəbər verir ki, hadisə Gürcüstanın Mtsxeta-Mtianeti rayonunun Şatili kəndində qeydə alınıb.

Məktəbdə yanğının söndürülməsinə üç yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə zamanı xəsarət alan olmayıb, məktəb binası yararsız hala düşüb.

Yanğının səbəbləri araşdırılır.