Gürcüstanda meşə yanğını olub

Cəmiyyət Manshet

Gürcüstanın Qori rayonunun Sakauri kəndi yaxınlığında meşə yanğını baş verib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Şida Kartli bölgəsi üzrə yanğınsöndürmə və xilasetmə briqadaları hadisə yerinə səfərbər olunub.

Yanğının söndürülməsinə Daxili İşlər Nazirliyinin Sərhəd Polisinə məxsus helikopter də cəlb olunub.