Gürcüstanda meşə yanğını olub

Cəmiyyət Manshet

Gürcüstanın Laqodexi rayonunda meşə yanğını olub.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Matsimi kəndi yaxınlığında baş verən meşə yanğınının söndürülməsi məqsədi ilə əraziyə təcili yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib. Yanğın tez bir zamanda lokallaşdırılıb və söndürülüb. Ərazidə monitorinq və ehtiyat tədbir kimi bir yanğınsöndürmə briqadası saxlanılıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.