Borjomidə meşə yanğını lokallaşdırılıb

Cəmiyyət Manshet

Gürcüstanın Borjomi dərəsindəki Sakire kəndi yaxınlığında baş vermiş meşə yanğını lokallaşdırılıb.

Nsa.ge xəbər verir ki, helikopter, 150 yanğınsöndürən və 30-a yaxın meşə gözətçisinin cəlb olunması sayəsində iki yanğın ocağı söndürülüb.

Canlı qüvvə yanğın ocaqlarına nəzarət etmək məqsədilə gecə ərzində ərazidə qalacaq.

NSA.GE
Mənbə: Report